20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı

“Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam”.

Median.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb.