Pəncərədən daxil olaraq mənzildə köməksiz qalan körpəni xilas etdilər – Video

Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 18 mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2020-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.