Ucarda itkin düşən 62 yaşlı kişinin meyiti tapıldı

Ucar rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.