Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5.5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskdən 499 km aralıda, Kuril adaları yaxınlığında baş verib.

Yeraltı təkanların ocağı 37.9 km dərinlikdə yerləşib.