Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 13 tüfəng aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbaraatan, 13 tüfəng, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron aşkar edərək götürüblər.