“Putinin Kiyevi üç gündə ələ keçirməsindən 4 il ötür” – Zelenski

“Bu gün Putinin “Kiyevi üç gündə ələ keçirməsindən” düz dörd il ötür”.

Bu barədə Ukrayna lideri Volodimir Zelenski açıqlayıb.

O, müharibənin 4-cü ildönümü münasibətilə dərc etdiyi mesajda Bankovadakı bunkerini də göstərib: “Bu kiçik otaq müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlərimin olduğu yerdir. Mən burada Prezident Baydenlə danışdım və məhz burada eşitdim: “Volodimir, təhlükə var, Ukraynanı təcili tərk etməlisən. Biz bu işdə kömək etməyə hazırıq”. Mən də cavab verdim ki, mənə taksi yox, silah lazımdır”.
//unikal.az