Azərbaycandan Ermənistana 4500 ton dizelin göndərilməsi nəzərdə tutulur

Azərbaycandan Ermənistana növbəti dizel yanacağı partiyasının göndərilməsi nəzərdə tutulur.

Median.Az “Report”a istinadla xəbər verir ki, yanacaq məhsullarının tədarükü çərçivəsində 4 500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi planlaşdırılır.

Qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.