“Azərbaycan benzininə tələbat yüksək olaraq qalır” – Erməni nazir

Ermənistanda Azərbaycan benzininə tələbat yüksək olaraq qalır.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Onun sözlərinə görə, Azərbaycan benzin ehtiyatları tükəndikdə bazarda digər növlərin qiymətləri artmağa başlayır: “Yanacaq idxal olunmazdan əvvəl Ermənistanda adi benzinin qiyməti 500-520 dram arasında dəyişirdi”.

Nazir həmçinin Ermənistan və Azərbaycan arasında mümkün ticarət-iqtisadi əməkdaşlığa da toxunub. O bildirib ki, tərəflər qarşılıqlı olaraq bir-birinin bazarlarına tədarük edilə biləcək malların siyahılarını təqdim ediblər.
//unikal.az