Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.