Fransa İrana zərbə üçün bazalarını açdı

Fransa ABŞ-a Yaxın Şərqdəki bazalarından istifadə etməyə icazə verib.
 
Median.Az xəbər verir ki, bu barədə “Lo Monde” nəşri Fransa Baş Qərargahının rəsmisinə istinadla məlumat yayıb.
 
“ABŞ-la münasibətlərimizin bir hissəsi olaraq, təyyarələrinin bazalarımızda müvəqqəti olaraq yerləşdirilməsi üçün icazə verilib”, – məlumatda qeyd olunub./axar