Türkiyənin Antalya bölgəsinin Kaş rayonu akvatoriyasında 4.5 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, seysmik hadisə yerli vaxtla 8:35-də (Bakı vaxtı ilə saat 9:35) qeydə alınıb.
Xəbərdə bildirilib ki, 12.5 kilometr dərinlikdə ocağı yerləşən zəlzələ ən yaxın yaşayış məntəqəsindən 145 kilometr aralıda baş verib.
İtki və dağıntı barədə məlumat verilməyib.
