Sumqayıtda qadın qətlə yetirildi: 18 yaş böyük ƏRİ SAXLANILDI

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində qətl hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, martın 6-sı səhər saatlarında Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirdiyi ehtimal edilir.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.