Kərkük bombalandı: Ölənlər və yaralananlar var

[spoiler][/spoiler]

ABŞ qüvvələrinin İraqın Kərkük bölgəsinə endirdiyi dron zərbələri nəticəsində 6 nəfər həlak olub.

Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kərkük vilayətinin Əl-Dəbs bölgəsində qeydə alınıb.

Ərazidə yerləşən hərbi birliyin qərargahına endirilən zərbə nəticəsində 6 döyüşçü həlak olub, daha 18 nəfər isə yaralanıb.

Hücum hədəfi olaraq İranameylli qüvvələrin olduğu bildirilib.