İsrail ordusu İranın kəşfiyyat nazirini hədəf alıb

İsrail İranın kəşfiyyat naziri İsmail Xatibi öldürməyə cəhd edib.

Median.Az-ın xəbərinə görə, bu barədə “N12” “Telegram” kanalı İsrail mənbəsinə istinadən məlumat verir.

“Ötən gecə biz İran kəşfiyyat nazirini aradan götürməyə cəhd etdik. Hücumun nəticələrini gözləyirik, amma görünür, hər şey qaydasındadır”, – deyə mənbə bildirib.