Qaxda hamam otağında yıxılan kişi öldü

Qaxda hamam otağında halı pisləşən şəxs dünyasını dəyişib.

“Unikal”ın bölgə müxbirinin məlumatına görə, Qax şəhər sakini 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlunun hamam otağında qəfil halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım birqadası çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.