Naxçıvanda evdən iki nəfərin meyiti tapıldı – ARAŞDIRMA APARILIR

Naxçıvanda fərdi yaşayış evindən iki nəfərin meyiti tapılıb.

Median.Az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

“Martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, martın 22-də Babək rayonunun Yarımca kəndində Baxşəli Yunis oğlu Allahverdiyev və onun həyat yoldaşı Gülnarə Xalıqverdi qızı Hüseynovanın meyitləri yaşadıqları mənzildən tapılıb.