Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

Bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən daxil olan birgə məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir”.

Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan biri dünyasını dəyişib.