37 yaşlı kişini elektrik cərəyanı vurdu

Zaqatalada bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qəbizdərə kəndində qeydə alınıb. Kənd sakini – 1989-cu il təvəllüdlü Elmir Bayramovu elektrik cərəyanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.