“İlham baba mənə “KamAZ” göndərdi” – Video

Prezident İlham Əliyevin tapşırığı ilə arzusu reallaşan, Xocavənd rayonunun Xanoba kəndinin balaca sakini Ayaz sevincini bölüşüb.

Median.Az AzTV-yə istinadən xəbər verir ki, Ayaz sevincini belə ifadə edib:

“İlham baba mənə “KamAZ” göndərdi”.
 
Qeyd edək ki, sakinlərlə görüş zamanı Prezident İlham Əliyev balaca Ayazla səmimi söhbət edərkən azyaşlı ondan “KamAZ” istəmişdi.