Argentinalı Xavyer Maskerano həmyerlisi Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” futbol klubunun baş məşqçisi postunu tərk edib.
Median.Az bu barədə MLS klubunun saytına istinadən xəbər verir.
Qeyd olunub ki, 41 yaşlı Maskerano bu qərarı şəxsi səbəblərə görə qəbul edib.
“Hər şeydən əvvəl kluba mənə göstərilən etimada görə, təşkilatın hər bir əməkdaşına, xüsusilə unudulmaz anlar yaşamağımıza kömək edən oyunçulara təşəkkür etmək istərdim. Mən, həmçinin azarkeşlərə təşəkkür etmək istəyirəm, çünki onlar olmasaydı, bütün bunların heç biri mümkün olmazdı”, – deyə Maskerano bildirib.
Qeyd edək ki, Maskerano 2024-cü ilin noyabrında “İnter Mayami”yə rəhbərlik etməyə başlayıb.
