TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI – Hadisə yerindən GÖRÜNTÜLƏR – (FOTO / VİDEO)

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mercedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.