Azərbaycanda qatarların sürəti artırılacaq?

“Azərbaycanda sürət qatarlarının sürətinin artırılması müzakirə olunmur”.

Bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan ərazisində mövcud infrastrukturun maksimal sürət olaraq 140 km/saat müəyyən olunub:

“Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət ADY üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır”.