Goranboyda kişi bıçaqlandı – Ata və oğlu SAXLANILDILAR

Goranboy sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.

Hadisə rayon ərazisində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü S.Alıyev ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıblar.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.