Bakıda 41 yaşlı qadın faciəli şəkildə öldü

Bakıda 41 yaşlı qadın altıncı mərtəbədən yıxılaraq ölüb.

Median.Az “Report”a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Gülər Yamil qızı Zamanova Biləcəri qəsəbəsindəki doqquzmərtəbəli binanın altıncı mərtəbəsində pəncərəni silən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.