Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ

Sumqayıt şəhəri, Corat qəsəbəsində ölüm hadisəsi baş verib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evin hamam otağında aşkar edilib.

Məlumata görə, o, hamam otağında müvazinətini itirib və hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.