Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb

İranın paytaxtı Tehranın qərb hissəsindəki “Ərğəvan” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 11 nəfər ölüb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı daha 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yanğının səbəbləri hələlik bəlli deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *