Bakının mərkəzi prospektində “Qırat” Koroğlunu “axtarır” – Video

Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.

Sosial şəbəkələrdə hadisə ilə bağlı videogörüntü paylaşılıb.

Belə ki, metronun “Koroğlu” stansiyasının qarşısında hərəkət zolağına çıxan sahibsiz at nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyub. Atın haradan qaçdığı və kimə məxsus olduğu məlum deyil.
//oxu.az