ABŞ-İran sülh danışıqlarında irəliləyişlər barədə xəbərlər fonunda kəskin enişdən sonra neft qiymətləri cüzi yüksəlib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:12-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.57 dollar (0.56%) artaraq bir barel üçün 101.84 dollar olub. Son sessiyada “Brent”in qiyməti 8.60 dollar (7.83%) azalaraq 101.27 dollara düşüb.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.50 dollar (0.53%) artaraq bir barel üçün 95.58 dollara satılıb. Əvvəlki sessiyada WTI markalı neft 7.19 dollar (7.03%) ucuzlaşaraq bir barel üçün 95.08 dollar olub.
