“Comex” ticarət platformasında 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan qızıl füçerslərinin dəyəri 24 aprel 2026-cı il tarixindən bu yana ilk dəfə 1 Trua unsiyasına görə 4 750 dollar həddini üstələyib.
Bu göstəricilər birjanın rəsmi rəqəmlərində öz əksini tapıb.
Ticarət platformasının Bakı vaxtı ilə saat 10:39-a aid olan məlumatlarına əsasən, qızılın dəyərində 1.25% bahalaşma qeydə alınıb və 1 Trua unsiyasının qiyməti 4753.2 dollara yüksəlib.
Saat 10:44-ə (Bakı vaxtı ilə) olan vəziyyətə görə isə füçerslərin qiymətindəki artım davam edərək 1 Trua unsiyası üçün 4 759 dollar (+1.38%) təşkil edib.
