“Dövlət qurumlarına onlayn cərimə və digər ödənişlər edərkən rüsum tutulması doğru deyil”.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Məsələn, qaydanı pozursan, 10 manat cərimə gəlir, tez ödəyəndə 10% endirim var, yəni, 9 manat ödəmək lazımdır, amma, ödəniş edərkən 40 qəpik də xidmət haqqı tutulur. Bu düzgün və ədalətli yanaşma deyil”, – ekspert bildirib.
