Category: Ordu

  • Cəbhədə atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozublar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Müdafiə Nazirliyi: “Nezavisimaya qazeta”nın suriyalı döyüşçülərin gətirilməsi barədə məqaləsi uydurmadır”

    Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayımlanan məqaləyə münasibət bildirib.

    Sentyabrın 1-də həmin nəşrdə “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalə dərc edilib.

    Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilib ki, məqalədə oxuculara həqiqətə tam uyğun olmayan məlumat təqdim edilib.

    “Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik”,- deyə Müdafiə Nazirliyi bəyan edib.

    Nazirliyin açıqlamasına əsasən, məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir.

    “Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır. Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə var. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi”.

    Müdafiə Nazirliyi “Nezavisimaya qazeta”ya tövsiyə edib ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı.

    “Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

    Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib – VİDEO

    “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tank heyəti yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

    Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

  • Ermənistan silahlı qüvvələri atəşkəsi 34 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Kreml Ermənistanı silahlandırıb Azərbaycanla savaşa hazırlayır – YENİ FAKTLAR

    Müdafiə naziri Bakıda soyuq qarşılanan Rusiya, Türkiyə ilə hərbi gücünü birləşdirmiş Azərbaycanı Cənubi Qafqazda böyük müharibə ilə təhdid edir… Cənubi Qafqaz regionu diqqət mərkəzindədir. Bu region ətrafında cərəyan edən geopoltik proseslər gərginləşməkdə davam edir. Və belə anlaşılır ki, yaxın gələcək üçün Cənubi Qafqaz “nifaq alması” statusunu qoruyub, saxlayacaq.

    Bu barədə Musavat.com-da yayımlanan yazıda bildirilir.

    Qeyd olunur ki, əslində, bu, o qədər də gözlənilməz deyil. Belə ki, Cənubi Qafqazda bəzi nəhəng siyasi iradə mərkəzlərinin maraqları mövcuddur. Həmin beynəlxalq siyasi iradə mərkəzləri öz maraqlarından və mənafelərindən imtina etmək niyyətində deyillər. Ona görə də, onların arasındakı kəskin ziddiyyətlərdən qaynaqlanan geopolitik qarşıdurma Cənubi Qafqazı dünyanın “qaynaq nöqtə”lərindən birinə təhlükəsini yaradır.

    Onu da qeyd edək ki, Ermənistanın son hərbi avantürası bu regionun gələcək taleyi baxımından, yeni situasiyanın yaranmasına səbəb olub. Himayəli erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Türkiyənin Rusiya ilə kəskin beynəlxalq rəqabət yaşadığı NATO-nun əsas üzvlərindən biri olması, bu regionda qüvvələr nisbətini ciddi şəkildə dəyişdirib.

    Yəni, inkaredilməz reallıqdır ki, Cənubi Qafqazda yeni situasiya yaranıb. Və bu yeni situasiya Rusiya-Ermənistan cütlüyünün geopolitik mövqelərinin sarsılması ilə diqqəti çəkir. Kremldə anlamağa başlayıblar ki, Rusiya regional hegemonluğu şübhə altına düşməkdə olan Cənubi Qafqazı həmişəlik itirmək təhlükəsiylə üzləşib.


    Təbii ki, Kremldəkilər bununla barışmaq əhvalında deyillər. Vəziyyətdən çıxış yolu tapmaq üçün bütün mümkün ssenariləri sınaqdan çıxartmağa çalışırlar. Bir tərəfdən, səhnəarxasından çökməkdə olan Ermənistanı silahlandırıb, gücləndirməyə, digər tərəfdənsə, yüksəksəviyyəli təmaslarla Azərbaycan-Rusiya münasibətlərini əvvəlki məzmun və keyfiyyətə qaytarmağa cəhd göstərirlər.

    Belə anlaşılır ki, Rusiya öz vərdişlərinə sadiq qalaraq, “ikibaşlı oyunlara” üstünlük verməkdədir. Buna misal kimi, Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatlardan sonra Rusiyanın bu düşmən ölkəyə hava yolu ilə silah daşımasını göstərmək olar.

    Bəzi məlumatlara görə, bu müddət ərzində Ermənistana silah daşınması daha da intensivləşdirilib. Belə ki, avqustun 25-dən etibarən hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirilir. İL-76 hərbi-nəqliyyat təyyarələri vasitəsi ilə Rusiyadan Ermənistana silah və sursat daşınır. (Bax: yazıya əlavə olunmuş xəritələrə…)


    Təbii ki, rəsmi Bakı Kremlin bu davranışlarından qətiyyən məmnun deyil. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Çünki münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırmaqla Rusiya, əslində, Dağlıq Qarabağ probleminin həlli prosesində özü də maraqlı və iştirakçı tərəfə çevrilmiş olur.

    Ona görə də, prezident İlham Əliyev və Kreml sahibi Vladimir Putin arasında bir müddət öncə reallaşdırılmış telefon danışığında bu mövzuya toxunulması qətiiyən gözlənilməz olmadı. Bəzi məlumatlara görə, Azərbaycanın dövlət başçısı rusiyalı həmkarına narazılığını bildirməklə yanaşı, baş verənlərə aydınlıq gətirilməsini də istəyib.

    Böyük ehtimalla Azərbaycan prezidentinin israrçı mövqeyi Kremldə narahatlıqlar doğurub. Ola bilsin ki, baş verənlərin Azərbaycanla Türkiyə arasında daha yüksək səviyyədə ortaqlığa səbəb ola biləcəyini nəzərə alaraq, vəziyyəti düzəltməyin, rəsmi Bakının könlünü almağın lazım olduğunu düşünüblər. Və Rusiyanın müdafiə naziri Sergey Şoyqunu “hərbi dəniz donanmalarının oyunlarında iştirak etmək” adı altında tez-tələsik Bakıya göndərmək qərarı veriblər. Hər halda, Rusiya mətbuatı Sergey Şoyqunun Bakı səfərini məhz belə təqdim edir.


    Halbuki Azərbaycanda Rusiyanın hansı səhnəarxası “oyunlar”dan çıxdığını anlamamış deyillər. Elə Rusiyanın müdafiə naziri S.Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat də əslində, başdan-ayağa “oyun” təsiri bağışlayır.

    Belə ki, S.Şoyqu Rusiyanın Azərbaycan əleyhinə heç bir addım atmadığını qeyd etməklə yanaşı, Ermənistana silah daşınmadığını da deyib.


    S.Şoyqu deyib ki, hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirən İL-76 hərbi-nəqliyyat təyyarələri Ermənistana guya silah deyil, məhz Gümrüdəki Rusiya bazası üçün inşaat materialları daşıyır.

    Kaşki belə olaydı. Və S.Şoyqunun dediklərinə inanmaq bu qədər çətinlik törətməyəydi. Axı, buna heç Rusiyada yaşayan ruslar belə, inanmaz…

    Görəsən, Rusiya uzun illər ərzində mövcud olan Gümrü hərbi bazasında nə tikir ki, hər gün “inşaat materialları” daşınmasına ehtiyacı yaranıb. Hətta həmin baza üçün “inşaat materialları”na ehtiyac yaranmış olsa belə, bunu Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan kimi qəliz marşrut üzərindən niyə daşıyırlar? Ermənistanda “inşaat materialları” – məsələn, sement, kərpic, daş, qum və s. yoxdurmu? Parasını ödəyib, belə uzun və qəliz marşruta və onun əlavə xərclərinə qatlanmadan sementi, kərpici, daşı, qumu və s. Ermənistanda almaq mümkün deyilmi?


    Məsələ ondadır ki, Rusiya Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə biruzə vermiş oldu. Hər halda, Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremlin öz dəstəyini gizlətməsinin qarşısını aldı. Və bəzi məlumatlara görə, Rusiya son 20-25 gün ərzində Ermənistana daha 500 tondan artıq silah-sursat daşıyıb.

    Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır. Böyük ehtimalla, çox tezliklə Rusiyadan Ermənistana daşınan “inşaat materialları”nın hərbi çeşidləri ortaya çıxmağa başlayacaq. Yəqin ki, Azərbaycan Rusiyadan Ermənistana göndərilən “şalbanlar”dan atılan raketləri, “kərpiclər”dən açılan mərmi atəşini və s. dəf etməli olacaq.

    Əmin olun ki, o raketlərin, mərmilərin “inşaat materialları” və yaxud başqa necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan Ermənistanın bütün hərbi təxribatlarını layiqincə dəf edə biləcək. Çünki Azərbaycan artıq Cənubi Qafqazın ən güclü dövlətidir, regionun hərbi-siyasi lideridir. Öz nəhəng hərbi potensialı ilə Türkiyənin də yanında yer aldığı Azərbaycanın yenidən boyunduruğa salınmasına ümid bəsləyənlər, növbəti dəfə məyus olacaqlar.

  • Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu: İriçaplı pulemyotlar və snayper tüfənglər işə düşdü – VİDEO

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • İki ölkənin bölmə komandirləri arasında təcrübə mübadiləsi aparılır – VİDEO

    Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimi çərçivəsində iki qardaş ölkənin bölmələrinin komandirləri arasında təcrübə mübadiləsi aparılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması və döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində keçirilən məşqlər davam edir.

    Məşqlər zamanı komandirlərin ərazinin relyefindən faydalanaraq bölmələrin gizli hərəkətini təmin etməsi, məhdud şəraitdə atəşi və bölmələri idarə etməsi sualları işlənilir.

  • Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi – RƏSMİ

    Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.