Category: Ordu

  • Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

    Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    Avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir – VİDEO

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

    Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək, şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər – VİDEO

    “TurAz Qartalı – 2020” Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin, qoşa və manqa ilə uçuşları məşq ediblər.

    Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

  • Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • İriçaplı pulemyotlar işə düşdü – Atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Polkovnik Vaqif Dərgahlı: “Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır”

    “Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı “həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır. O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir”.

    APA xəbər verir ki, bu sözləri S.Sarqsyanın fikirlərini şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    Polkovnik V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran İstintaq Komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 nəfər hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.

    “S.Sarqsyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?

    Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, “Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və nəhayətdə Sarqsyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarqsyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.

    Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2000 hektar ərazisini işğaldan azad etdiyinə rəğmən Sarqsyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.

    Döyüşlər zamanı Serj Sarqsyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.

    Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən sarqsyan rejimi ilə olduğu kimi hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.

    Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarqsyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq məqsədilə çürük saman çöpündən yapışır”, – deyə polkovnik V.Dərgahlı bildirib.