Category: Siyasət

  • Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub

    Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

    Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.

    Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Bundan başqa, dövlətimizin başçısı sloveniyalı həmkarına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.

    İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclasında iştirakı ilə bağlı videoçarx paylaşılıb – Video

    Prezident İlham Əliyevin sosial media hesablarında ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında iştirakı ilə bağlı videoçarx paylaşılıb.

    Median.Az
    həmin paylaşımı təqdim edir:

  • Ermənipərəst senator Vaşinqtonda təxribatçıları müdafiə etdi – Video

    Vaşinqtonda fəaliyyət göstərən antimilli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edir, onların sifarişləri əsasında hərəkət edirlər. Təsadüfi deyil ki, bu qrupun aqressiv və qeyri-etik aksiyasına ilk reaksiya və dəstək ermənilərin ANCA təşkilatı tərəfindən verilib.

    Amerika Erməniləri Milli Komitəsindən (ANCA) sonra dərhal münasibət bildirənlərdən biri də Azərbaycana qarşı mövqeyi ilə tanınan Frenk Pallone olub.

    Senator Frenk Pallonenin erməni lobbisi ilə sıx əlaqələrinin olduğu, erməni dairələri tərəfindən dəstəkləndiyi və uzun illərdir, Azərbaycan əleyhinə mövqe sərgilədiyi məlumdur.

    F.Pallone “907-ci düzəliş”in müəlliflərindən biri olub, Xocalı hadisələrini inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağırışlar edən və vaxtilə işğal altında olmuş ərazilərə səfər edən şəxs kimi tanınır.

    Antimilli ünsürlər şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alıb və ən radikal addımlara belə əl atmaqdan çəkinmirlər. Bu şəxslər beynəlxalq əhəmiyyətli tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmağa cəhd ediblər.

    Hotel ətrafında yaradılmış təhlükəsizlik perimetrini zorakı formada keçməyə çalışan, qeyri-etik ifadələr işlədən, təhrikedici və aqressiv davranışlar nümayiş etdirən bu şəxslərin cəhdlərinin qarşısı ABŞ polisi və Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alınıb.

    Bu yaxınlarda Azərbaycan əleyhinə fəaliyyəti ilə məşhur olan, keçmiş senator Bob Menendes layiq olduğu cəzasını aldı. Frank Pallonenin də eyni aqibəti yaşayacağı gün uzaqda deyil.
    //oxu.az

  • Azərbaycan 7 milyardlıq yardım layihəsində iştirak etmir – Hikmət Hacıyevdən açıqlama

    Bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, “Sülh Şurası”nın bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
    Prezidentin köməkçisi qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.
    “Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir”, – Hikmət Hacıyev vurğulayıb.

  • İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

    Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində “Sülh Şurası”nın ilk iclası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
    Əvvəlcə birgə foto çəkdirildi.
    ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış etdi.
    Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi – red.) görürük. O gülümsəyir. Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz dostumsunuz, ofisimə gəldiniz, dediniz, mən 22 il, hətta 23 il mübarizə apardım. Bax, onunla. Onun həmkarı isə dedi: “Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam”. Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birilərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il… Sağ olun, çox sağ olun”.
    Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənildi.
    İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalandı.

  • İlham Əliyev Sülh Şurasının ilk iclası çərçivəsində Donald Trampla söhbətləşib – Video

    ABŞ-nin paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

    Prezident İlham Əliyev Sülh Şurasının ilk iclası çərçivəsində ABŞ Prezidenti Donald Trampla söhbətləşib

  • İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib – Video

    Prezident İlham Əliyev Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbət edib.

    APA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Kadrlardan görünür ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də söhbətə qoşulub.

    Qeyd edək ki, Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

  • “Azərbaycan və Ermənistan artıq dostlaşıblar” – Tramp

    Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi.

    Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

    Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyib: “Düşünürəm ki, doqquzuncu da gələcək. Düşünürdük, o, ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.

    Tramp İlham Əliyev və Paşinyan haqqında isə bunları deyib:

    “Otuz illik mübarizə və hər şeyi həll etdik. Çox sağ olun. Bu, əla bir şey idi. Düşünürəm ki, onlar dostlaşıblar. Bunu deməliyəmmi, bilmirəm, amma düşünürəm ki, bu belədir.”

  • Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir

    Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.

  • Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və “Mother Teresa” Universitet Xəstəxana Mərkəzini ziyarət edib – FOTO

    Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.

    Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaş arası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.

    Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar.

    Sonra Leyla Əliyeva “Mother Teresa” Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.

    Diqqətə çatdırılıb ki, mərkəz bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.

    Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.

    Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.