Category: Siyasət

  • Zelenski İlham Əliyevə təşəkkür etdi

    Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.

    Median.Az xəbər verir ki, o, paylaşımında İlham Əliyevə təşəkkür edib.

    “Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm .Ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdaram. İkitərəfli münasibətlərin inkişafı və Azərbaycanın maraqlı olduğu enerji sektorunda layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdik.

    Həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik. Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir. Müharibənin hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın ona son qoymaq istəməməsidir”, – o qeyd edib.

  • Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir

    Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb.

    Onun sözlərinə görə, 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb:

    “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir. Məzmun və format baxımından daim yenilənən televiziya kanallarımızın hər uğurlu efirinin arxasında jurnalistlərin, aparıcıların, rejissorların, operatorların və bütövlükdə yaradıcı heyətin böyük zəhməti və fədakar əməyi dayanıb. Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərini səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Efiriniz daim işıqlı olsun!”.

  • Azərbaycan Prezidenti Kaya Kallasla görüşdü (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Median.Az xəbər verir ki, söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı.

    Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilib.

    Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub.

    Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

    Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

  • Prezident erməni nümayəndənin təxribatçı sualına belə cavab verdi – VİDEO

    Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”.

    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə erməni nümayəndənin təxribatçı sualına cavabında bildirib.

    “Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm. Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Sülh sazişinin imzalanması üçün…
    Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı sülh yolu qovşağına, bilirsiniz, Prezident Tramp qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, – İlham Əliyev qeyd edib.

  • Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Göygöl səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Avropa Komissarı: “TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər”

    “Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sülh olmadan mümkün olmazdı”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

    M.Kos bildirib ki, qısa müddətdə qısa irəliləyiş baş verib. “Hələ də hər şey edilməyib, amma həqiqətən, proses çox sürətlə irəliləyir. Hər iki tərəfdən siyasi iradə lazımdır. Bu, Avropadan da bizə çoxlu kanallar açdı və məsələn, indi Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələrin siyahısını tərtib edirik. Siz TRIPP layihəsi haqqında danışdınız. İndi Azərbaycanla birlikdə Naxçıvan dəmir yolu ilə bağlı texniki-iqtisadi əsaslandırmanı işə salmaq barədə müzakirələr aparırıq ki, bu da bizim üçün beynəlxalq maliyyə institutları ilə birlikdə böyük maraq doğurur. Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər” – deyə o bildirib.

  • Prezident: “TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq”

    “Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

    Dövlətimizin başçısının deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə – red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.

  • İlham Əliyev: “Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq”

    “Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

    Dövlətimizin başçısının sözlərinə görə, bağlantılar və birləşdirici marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.

  • Prezident İlham Əliyevin Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.


  • İlham Əliyev Münhendə Kaya Kallas ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.