Category: Siyasət

  • Leyla Əliyeva “Sinxronizasiya” sərgisindən paylaşım etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında “Sinxronizasiya” sərgisindən fotolar paylaşıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Leyla Əliyeva dairəvi xalçanın kəsim mərasimində iştirak edib

    Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.

    Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran emalatxanasında toxunub.

    Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim prosesində Leyla Əliyeva iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.

  • Dövlət xidmətinin bəzi əməkdaşlarına medallar verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

    “Vətən uğrunda” medalı ilə

    Qarayev Natiq Sahib oğlu – general-mayor

    Cəfərov Elməddin Qulu oğlu – polkovnik

    Quliyev İslam Ramiz oğlu – polkovnik

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Hidayev Əziz Şahmurad oğlu – polkovnik

    Abbasov Hikmət Zahid oğlu – mayor

    Əliyeva Samirə Təşkilat qızı – mayor

    “Tərəqqi” medalı ilə

    Sədrətdinov Pərviz Həsən oğlu.

  • ICESCO-nun baş direktoru Azərbaycan Prezidentini təbrik edib

    ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri. “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

    Mərhum Şeyx Zayedin adını daşıyan bu xüsusi mükafat həyatını tolerantlıq və dinc yanaşı yaşamaq dəyərlərinə həsr etmiş bir liderə layiqli ehtiramdır. Bu şərəfə layiq görülməyiniz cəsarətli liderliyinizin və Cənubi Qafqaz üçün yeni bir sülh fəsli yaratmaq məramına sarsılmaz sadiqliyinizin bariz sübutudur.

    Biz Azərbaycan və Ermənistan arasında tarixi sülh təşəbbüsünü böyük ümidlə izlədik. Zati-alinizin də qeyd etdiyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonrakı aylarda hər iki ölkə cəmiyyətinin ikitərəfli ticarət və tranzit sahəsində ümidverici addımlar da daxil olmaqla, sülhün real faydalar gətirməsinin şahidi olduğunu görmək çox ruhlandırıcıdır. Dialoqdan əməkdaşlığa doğru bu əhəmiyyətli irəliləyiş həqiqətən təqdirəlayiqdir.

    ICESCO yekun və hərtərəfli Sülh Sazişinə doğru bu həyati əhəmiyyətli irəliləyişi qətiyyətlə dəstəkləyir. Əminik ki, bu gün qoyulan təməllər regionun gələcək nəsilləri üçün davamlı sabitliyi, təhlükəsizliyi və rifahı təmin edəcəkdir. Təşkilatımız qarşılıqlı anlaşma və həmrəylik körpüləri qurmağı hədəfləyən təhsil, elm və mədəniyyət proqramları vasitəsilə bu səyləri dəstəkləməyə hazırdır.

    Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa sadiqliyiniz hər dəfə məndə dərin təəssürat yaradır. Bu mükafat Sizin siyasətinizin hazırda regionda harmoniyaya yol açdığını bir daha təsdiqləyir.

    Zati-aliləri, bu beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Azərbaycan Respublikasını sarsılmaz sülh və qardaşlıqla müəyyən edilmiş gələcəyə doğru istiqamətləndirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq.

    İcazə verin, bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı bildirim”.

  • Prezident bəzi vergi işçilərini təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

    “Tərəqqi” medalı ilə

    Əliyev Nazim Kazım oğlu

    1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Abbasov Etibar Akif oğlu

    Bədəlova Zöhrə Əliriza qızı

    Gözəlov Zülfi Məmməd oğlu

    Həziyeva Gülçöhrə Hacıqulu qızı

    Hüseynov Alı Hüseynqulu oğlu

    İsgəndərov Nəsib Əli oğlu

    Məmmədov Şahin Yusif oğlu

    Rzayev Zamin Vahid oğlu

    Səfərova Rəsmiyyə Suca qızı

    3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Qasımlı Nuranə Nurəddin qızı

    Qənbərov Zahid Paşa oğlu.

  • İlham Əliyev: “Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb”

    “Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir”.

    Bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

    “Yeni elektrik stansiyaları, – istər qaz, istər hidro, istər Günəş, külək, – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı iki min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Azərbaycan XİN Kanadaya başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Kanadanın Tambler-Ric şəhərində baş verən faciə ilə bağlı Kanadaya başsağlığı verib.

    Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım olunub.

    “Biz Kanadanın Tambler-Ric şəhərindəki məktəbdə baş vermiş faciəvi hadisə ilə bağlı dərin kədər hissi keçiririk. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların da tez bir zamanda sağalmalarını arzulayırıq”, – başsağlığında deyilir.

  • Pezeşkian Azərbaycana təşəkkür etdi

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycana və Türkiyəyə təşəkkür edib.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, o, bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüş zamanı xalq qarşısında çıxışı zamanı bildirib.

    Pezeşkian deyib ki, İranın xarici siyasətində əsas prioritet qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərinin qurulmasıdır. Onun sözlərinə görə, bu yanaşma birbaşa ölkənin ali liderinin göstərişidir.

    “Bu ölkələr müsəlman, dost və qardaş dövlətlərdir. Biz onlarla əlaqələrimizi möhkəmləndirməliyik. Düşmənlər bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə qonşularımız bir-birinin ardınca zəng edərək narahatlıqlarını və dəstəklərini bildirirdilər”, – deyə İran prezident vurğulayıb.

    Pezeşkian Azərbaycan və onun Prezidentinə, habelə, türkiyəli həmkarına və xarici işlər nazirinə xüsusi təşəkkür edib. O, əlavə olaraq Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də İranla bağlı narahatlıq göstərdiyini qeyd edib.

  • İlham Əliyev: “ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir”

    “Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

    Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib:

    “Hər kəs görə bilər nədən ibarətdir (Xartiya – red.), o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.

  • İlham Əliyev: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır”

    “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.

    “Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir”, – deyə dövlətimizin başçısı qeyd edib.