Category: Siyasət

  • Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq

    Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq.

    Bu barədə Azərbaycanın Suriyadakı səfirliyindən bildirilib.

    Qeyd edilib ki, Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

    Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, IT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə müraciət edə bilərlər.

  • Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub

    Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Belə ki, bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

    Qeyd edək ki, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülən C.Novruzov aktyor Cahangir Zeynalovun nəvəsi, aktrisa Nəsibə Zeynalovanın oğludur.

  • “Tullantılar haqqında” Qanunda dəyişiklik edildi

    “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qanununun icrası ilə əlaqədar qərara alınır:

    “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606 (Cild I); 2024, № 4, maddə 365) 12-2-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrinə “dövlət” sözündən əvvəl “vahid” sözü əlavə edilsin.

  • Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Novruzov Cahangir Mütəllib oğlu

    “Şöhrət” ordeni ilə

    Aşina Məsud Rüstəm oğlu

    “Dostluq” ordeni ilə

    Acar Ziya Zakir Musa oğlu

    “Tərəqqi” medalı ilə

    Alaferdov Akif Qədir oğlu

    Kələntər Xəlil Əliməmməd oğlu

    Kərimova Sevinc Kərim qızı

    Pənahova Fəridə Fərhad qızı

    Siracov Bəxtiyar Tahir oğlu

    Zeynalova Xədicə Əbdülrəhim qızı.

  • Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400,0 (dörd yüz) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400,0 (dörd yüz) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400,0 (dörd yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400,0 (dörd yüz) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

  • Leyla Əliyeva Oman səfərindən paylaşım etdi – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Oman Sultanlığının paytaxtı Maskata səfəri ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Moldova mediası Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsini işıqlandırıb – FOTO

    Moldovanın aparıcı Noi.md xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsindən əsas sitatlar verilməklə məqalə dərc edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Bakı qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.

    Məqalədə dövlət başçımıza istinadla daha sonra vurğulanır ki, Azərbaycan hazırda 14 ölkəyə qaz tədarük edir, onlardan 11-i müntəzəmdir. Bu il daha iki Avropa ölkəsi də bu sıraya əlavə olunacaq və ümumilikdə onların sayı 16 olacaq və bu, boru kəməri ilə qaz tədarükü baxımından ən böyük rəqəmdir.

    Sayt yazır ki, dünyada Azərbaycandan başqa heç bir dövlət bu qədər ölkəyə boru kəməri qazı vermir.

    “Ötən il Azərbaycan qazının ixracı 25 milyard kubmetrdən çox olub, artım potensialı var.

    Məqalədə yazılır ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağının dərinsulu hissəsindən yeni qaz hasilatı proqnozlaşdırıb. Bu yataqdan çoxlu neft çıxarılır, lakin o, həm də böyük dərinlikdə yerləşən böyük qaz ehtiyatlarına malikdir, ona görə də onu dərin su qazı adlandırırlar. Növbəti illərdə əlavə qaz həcmlərini təmin edəcək “Şahdəniz kompressiyası” adlanan yeni mərhələyə qədəm qoyulacağı gözlənilir.

    “Digər perspektivli yataq çox böyük və əhəmiyyətli potensiala malik “Babək” yatağıdır və ona investisiya qoymaqda maraqlı olan bir sıra şirkətlər var. Hazırda hasilatın birinci mərhələsindədir və biz hasil olunan qazı yerli istehlak üçün alırıq. Abşeronun ikinci fazası Azərbaycana indikindən bəlkə də üç dəfə çox qaz verəcək. Beləliklə, bazarlar üçün daha çox qaz olacaq” – sayt yazıb.

    Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətinə dair bir çox fikirləri də yer alıb.

  • Leyla Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabının hekayə bölməsində Milad bayramı ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin kimliyi məlum olub

    BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni müvəqqəti rezident əlaqələndiricisinin kimliyi məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo bildirib.

    BMT rəsmisi qeyd edib ki, bu vəzifəyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Məhəmməd Nasar Hayat təyin olunub.

    O əlavə edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı rəsmi olaraq 8 yanvar 2026-cı il tarixində başa çatacaq.

    Bildirilir ki, yeni rezident əlaqələndirici hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədəki öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsini 1 iyul 2026-cı il tarixində icra etməyə başlayacaq.

    “Bu aralıq dövrdə rəhbərliyin fasiləsizliyini təmin etmək üçün Məhəmməd Nasar Hayat 9-14 yanvar 2026-cı il tarixlərində müvəqqəti əsaslarla Azərbaycandakı nümayəndəlikdə vəzifəyə başlayacaq”, – deyə K.Azevedo əlavə edib.

    Qeyd edək ki, Nasar Hayat BMT‑nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi və qurumun Partnyorluq və Əlaqələndirmə Ofisinin rəhbəridir. N.Hayat bu vəzifəyə 2023-cü ilin iyulunda təyin olunub və etimadnaməsini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.

    Azərbaycandan əvvəl o, təşkilatın Laos ofisinin rəhbəri olub. N.Hayat Pakistan hökumətində 11 il xidmət etməklə yanaşı, BMT İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda da fəaliyyət göstərib.

    Xatırladaq ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanda fəaliyyətə 1 iyul 2021-ci il tarixində başlamışdı.

  • Alyona Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: