Category: Siyasət

  • İlham Əliyev: “2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu”

    “Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”, – deyən dövlətimizin başçısı Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulduğunu bildirib. “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

  • Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi yayımlanır (CANLI)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

    Median.Az müsahibəni təqdim edir:

  • Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.

    Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.

    Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.

    Bu tibb ocağı 2023-cü ildə “Joint Commission International” (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.








  • Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

    Median.Az
    bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • İlham Əliyev: “Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür”

    “Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

    “Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, – deyə Azərbaycan Prezidenti bildirib.

  • Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli həmvətənlər!

    Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

    Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

    Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub-saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

    Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Bayramınız mübarək olsun!”

  • Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

    Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

    Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

    7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

    Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

    Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

    Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

    Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

    Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.







  • “Bayramınız mübarək” – Prezidentin səmimi görüntüsü (Video)

    Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev qızı Leyla Əliyeva, nəvələri Əli və Mikayıl Ağalarovla birlikdə “Şahdağ” Turizm Mərkəzində xizək sürüb.

    Dövlət başçısının Şahdağda xizək sürərkən çəkilmiş səmimi görüntüləri yayılıb.

  • İlham Əliyev qızı və nəvələri ilə xizək sürdü – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev qızı Leyla Əliyeva, nəvələri Əli və Mikayıl Ağalarovla birlikdə “Şahdağ” Turizm Mərkəzində xizək sürüb.

    Bununla bağlı Leyla Əliyeva “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Leyla Əliyeva Qusarın Hil kəndindən paylaşım etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Qusar rayonunun Hil kəndindən paylaşım edib.

    Paylaşımda deyilir:

    “Qusar rayonunun Hil kənd məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır”.