Xətai rayonunda keçmiş məhkum evdən külli miqdarda qızıl oğurlayıb

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evdən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş H.Qocayev saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *