Bakıda 2 nəfəri bıçaqlayan şəxs 4 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Mahir Neymətovun (1987-ci il təv.) CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, bu il aprelin 15-də B.Çobanzadə küçəsində Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran Azad Ağayevi (1995-ci il təv.) bıçaqlayıb. Daha sonra
keçmiş qayınatası Fətulla Əhmədova (1957-ci il təv.) bıçaqla xəsarət yetirib. Hər iki zərərçəkmiş xəstəxanaya çatdırılıb və həyatları həkimlər tərəfindən xilas edilib.

Həmin gün M.Neymətov Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə əsasən, M. Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *