Samuxda piyadanı avtomobil vurub

Samuxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1959-cu il təvəllüdlü Vəliyev Mirzə Yasin oğlunu yaşadığı evin qarşısında, yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *