Neftçalada dəhşətli qəzada yaralanan şəxs dünyasını dəyişdi – YENİLƏNİB + FOTO

Neftçalada baş verən qəzada “Mersedes”in sürücüsü, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

***

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verən qəzada ölən və yaralıların adları bəlli olub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi “Lexus” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Lexus”un sürücüsü, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı, Neftçala sakini, 2017-ciil təvəllüdlü Ələkbərova Humay Elçin qızı ölüb.

Neftçala sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı, Ələkbərov Elçin və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***

Neftçalada iki avtomobil toqquşub.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə yeni tikilən Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verib.

Bildirilir ki, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *