Azərbaycan – Xorvatiya matçında meydana iki azarkeş daxil olub

AVRO-2020-nin seçmə mərhələsində Bakıda keçirilmiş Azərbaycan – Xorvatiya matçında meydana iki azarkeş daxil olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, fanatlar qarşılaşma başa çatan kimi futbolçulara tərəf qaçmağa başlayıblar.

Polis onlara dərhal müdaxilə edib. Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev azarkeşə tərəf gedərək onu polisin əlindən alıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *