İyirmi min borcu olan Bakı sakini oğurlandı

İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.

Median.Az “report”a istinadən xəbər verir ki, paytaxt sakini K.Əsgərov Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığı bildirilib.

O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *