Azərbaycan millisinin qapıçısı zədələnib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Kamran İbrahimov zədələnib.

Median.Az report-a istinadən xəbər verir ki, 20 yaşlı qolkiper Gürcüstan millisinə qarşı keçirdikləri AVRO-2021-in seçmə oyununda xəsarət alıb.

“Neftçi”nin oyunçusu 70-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Şakir Zəkiyev daxil olub.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və rəqib 2:0 hesabı ilə öndədir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *