Qubadan Bakıya yük gətirən avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var – FOTO

Bakı-Quba yolunda yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, Qubadan Bakıya pomidor və bibər gətirən “Ford” markalı yük maşını beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər – Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *