Yevlaxda ahıl kişi maşınla yeniyetməni vurub

Yevlaxda 81 yaşlı sürücü idarə etdiyi maşınla yeniyetmə piyadanı vurub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax şəhərinin mərkəzində – Səməd Vurğun küçəsində baş verib.

Belə ki, 1938-ci il təvəllüdlü rayon sakini Ağalarov Yaqub Dadaş oğlu idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 10-11 yaşlı oğlan uşağını vurub.
Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımdan sonra yaralanın durumunun stabilləşdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *