Qazax rayonunda iki nəfər torpaq uçqununun altında qalıb, biri ölüb

Qazaxda bədbəxt hadisə baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.

Belə ki, kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb. Nəticədə onlardan biri – 1983-cü il təvəllüdlü Qocalı Gündüz Məşədi oğlu dünyasını dəyişib. 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *