Daşkəsəndə orta yaşlı kişi naməlum şəraitdə ağır xəsarət alıb

Daşkəsən şəhərində orta yaşlı kişi ağır xəsarət alaraq komaya düşüb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Mərkəzi Bazarının yaxınlığında qeydə alınıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Onun hansı şəraitdə xəsarət aldığı dəqiq məlum olmasa da yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı güman edilir.

Hazırda məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *