Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq ağır xəsarət alıb.

D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *