Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var – FOTO – VİDEO

Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Çerkassi və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.

KİA, Lada və Mersedes markalı 3 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Lada və KİA markalı avtomobilin sürücüləri ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *